Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası davam edir

Sentyabrın 13-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası Azərbaycan Respublikasının səhiyyə naziri, professor Oqtay Şirəliyevin sədrliyi ilə işini davam etdirmişdir. 
Sessiyada DST-nin baş direktoru xanım Marqaret Çanın məruzəsi dinlənilmişdir. Səmimi qəbula və sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq edən M.Çan Prezident İlham Əliyev ilə görüşündən danışmış, onun liderlik qabiliyyətini və səhiyyəyə xüsusi diqqət ayırdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan səhiyyəsi son 5 ildə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycan hökuməti səhiyyə sahəsində ciddi tədbirlər həyata keçirmişdir və bir sıra layihələrin icrasını davam etdirir.
Qeyri-yoluxucu xəstəliklərin artmasından narahatlığını bildirən qonaq demişdir ki, növbəti 20 ildə dünyada bu xəstəliklərlə mübarizəyə 30 trilyon dollardan çox vəsait tələb olunacaq ki, bu da dünya üzrə ümumi daxili məhsulun 48 faizini təşkil edir. Eyni zamanda, qeyri-yoluxucu xəstəliklər dövlətlərin iqtisadi nailiyyətlərinə ağır zərbə vurur. O, həmçinin bildirmişdir ki, qeyri-yoluxucu xəstəliklərin aradan qaldırılması üçün bütün iqtisadi mənfəətləri səfərbər etməklə xəstələr üçün müalicə işini təmin edərək həyat şəraitini dəyişmək lazımdır. Bu baxımdan "Sağlamlıq-2020" Fəaliyyət Proqramı xüsusi diqqətə layiqdir.
M.Çan Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi siyasəti, bu sahəyə davamlı vəsait qoyulmasını müsbət qiymətləndirmişdir. Azərbaycanın səhiyyə sahəsində böyük investisiya layihələrinin həyata keçirildiyini, yeni xəstəxana binalarının tikildiyini deyən baş direktor qeyd etmişdir ki, qeyri-yoluxucu xəstəliklərin müalicəsinə daha çox fikir vermək lazımdır. Bildirmişdir ki, sağlam, sabit həyat yaratmağı qarşımıza məqsəd qoymuşuq. Bunun üçn DST-yə üzv ölkələr yeni sağlamlıq siyasətinə dəstək göstərməlidirlər. M.Çan rəhbərlik etdiyi qurumun son 60 ildə fəaliyyəti haqqında da məlumat vermiş və Avropa Regional Komitəsinin işini qənaətbəxş hesab etmişdir.
Sonra "Sağlamlıq-2020" Fəaliyyət Proqramının müzakirəsinə başlanılmışdır. Müzakirələrdə Böyük Britaniya, Belçika, Türkiyə, Yunanıstan, Bosniya və Herseqovina, Malta, Danimarka dövlətlərinin səhiyyə nazirləri və DST Avropa Regional Komitəsinin əməkdaşları iştirak etmişlər. Qazaxıstan, İsveçrə və Estoniyanın nümayəndələri də müzakirələrə qoşulmuşlar.
Nazirlər öz ölkələrində səhiyyənin inkişafı və bu sahədəki problemlər barədə sessiya iştirakçılarına məlumat vermiş, insan sağlamlığına təsir göstərən sosial amillər haqqında fikir mübadiləsi aparmışlar. Diskussiyalarda, həmçinin qabaqcıl texnologiya və təcrübələrin yayılmasının zəruriliyi də bildirilmişdir. Bundan əlavə, onlar sessiyanın əhəmiyyətini və DST-nin insan sağlamlığının möhkəmləndirilməsində fəaliyyətini dəstəkləməyin vacibliyini diqqətə çatdırmışlar.
Sessiyada Türkiyənin səhiyyə naziri Recep Akdağın çıxışı maraqla qarşılanmışdır. Diqqəti Somalidəki aclığa yönəldən türkiyəli nazir bildirmişdir ki, indiyədək təmsil etdiyi dövlət bu regiona 300 milyon dollar vəsait ayırmışdır. O bildirmişdir ki, Avropa ölkələri Afrikada aclıq çəkən və səhiyyəsi bərbad vəziyyətdə olan ölkələrə kömək etməlidirlər.
Qazaxıstan nümayəndəsi ibtidai siniflərdə uşaqlara "Sağlamlıq dərsi" keçmək kimi maraqlı təkliflə çıxış etmişdir.
DST-nin Avropa Regional Komitəsinin 61-ci Bakı toplantısı sentyabrın 15-dək davam edəcəkdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında