MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına akademiyanın Döyüş Bayrağı gətirilmişdir.
Sonra dövlət himni səsləndirilmişdir.
Gənc kursantları, onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edən akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev hərbi andın hər bir kursant üçün Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, gələcəkdə ölkəmizin milli təhlükəsizliyinin qorunması işində öz bilik və bacarığını əsirgəməmək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumaq olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Vətənə sədaqət andı içən gənc kursantlar gələcəkdə əsl zabit kimi bu peşənin çətinliklərinə baxmayaraq, xalqımızın maraqlarının etibarlı təmin olunmasında qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəklər. Buna nail olmaq isə yalnız təhsildə və xidmətdə yüksək nəticələr qazanmaqdan, nizam-intizamdan və hərbi anda həmişə sadiq qalmaqdan keçir.
General-mayor İ.Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışmış, MTN-in Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmiş, ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır. O demişdir ki, akademiyada kursantların istifadəsinə verilmiş tədris, yataqxana korpusları, yeməkxanalar, İdman Sağlamlıq Kompleksi, klublar və istirahət guşələri ən yüksək standartlara cavab verir.
Çıxışının sonunda İ.Allahverdiyev akademiyaya daim göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudova akademiyanın rəhbərliyi, müəllim-professor heyəti və kursantlar adından dərin təşəkkürünü bildirmişdir.
Çıxış edən gənc kursantlar ümummilli liderin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirmiş, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz vermişlər.
Kursant valideynləri də çıxışlarında akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və MTN rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarının yüksək təhsil alacaqlarına və gələcəkdə hazırlıqlı zabitlər kimi yetişərək Vətənə layiqli xidmət edəcəklərinə əmin olduqlarını söyləmişlər.
Tədbirin sonunda təhsil müəssisəsinin akt zalında akademiyanın rəhbərliyi valideynlərlə görüşmüş, kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən danışmış, onları maraqlandıran sualları cavablandırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında