Azərbaycan Prezidenti İlham Əliyevə "Həştərxan şəhərinin fəxri vətəndaşı" adı verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Həştərxan şəhərinin fəxri vətəndaşı" adı verilmişdir. 
Bu barədə qərar Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti üzrə regional bölməsinin təşəbbüsü ilə 2011-ci il sentyabrın 8-də "Həştərxan şəhəri" bələdiyyə qurumunun Şəhər Duması tərəfindən qəbul edilmişdir. Sənədi Şəhər Dumasının sədri Y.Simeonova imzalamışdır.
Azərbaycan dövlətinin başçısı bu fəxri ada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə layiq görülmüşdür.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında