ARDNŞ: Yaxın Şərqdəki proseslər beynəlxalq nəqletmə layihələrinin icrasını sual altına qoyur

Son bir ildə Yaxın Şərqdə baş verən proseslər və bu regionun bir neçə ölkəsi arasında yaranmış yeni siyasi vəziyyət karbohidrogen ehtiyatlarının nəqli üzrə beynəlxalq layihələrin qısa müddət ərzində həyata keçirilməsini sual altına qoyur.
"APA-ECONOMICS"in məlumatına görə, bu fikri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) xarici sərmayələr şöbəsinin müdiri Vaqif Əliyev demişdir.
İsrail tərəfindən Azərbaycana qazın alqı-satqısı ilə bağlı yeni müraciətlərin daxil olmadığını bildirən V.Əliyev qeyd etmişdir ki, bu ideyanın reallaşması üçün ilk öncə Türkiyədən Suriyaya qaz xətti çəkilməlidir ki, Azərbaycan qazı Türkiyə ərazisi ilə Suriyaya, oradan isə İsrailə çatdırılsın: "Ehtimal etmirəm ki, Suriyadakı siyasi vəziyyət iqtisadi duruma müsbət təsir göstərsin və yaxın vaxtlarda iki ölkə arasında qaz kəmərinin tamamlanması inandırıcı deyil".
Qeyd edək ki, bundan öncə İsrail təbii qazı Misirdən idxal etmişdir. Lakin avqust ayında Misir tərəfi qazın İsrailə ixracını dayandırmışdır. Buna Misir-İsrail sərhədində baş verən hadisələr səbəb olmuşdur.
Xatırladaq ki, tərəflər arasında imzalanmış 20 illik sənədə əsasən, İsrail 2005-ci ildən etibarən Misirdən təbii qaz idxal edirdi. Misir İsrailin qaza olan ehtiyacının 45%-ni ödəyirdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında