ABŞ-dakı Azərbaycan diaspor təşkilatları 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı bəyanat yaymışlar

ABŞ-dakı Azərbaycan diasporu bütün amerikalılarla birlikdə 11 sentyabr terror aktları və bəşəriyyətə qarşı digər cinayətlərin qurbanlarını yad etmiş və terrorizmlə mübarizədə qətiyyətini bir daha təsdiqləmişdir. ABŞ-dakı Azərbaycan diaspor təşkilatları 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı bəyanat yaymışlar.
Bəyanatda qeyd olunmuşdur ki, on il əvvəl Birləşmiş Ştatlar və bütün dünya dəhşətli terror aktının şahidi olmuşdur. Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qüllələrinə və Vaşinqtonda Pentaqonun binasına hücumlar 2 977 insanın həyatına son qoymuşdur. Minlərlə amerikalı və digər xalqların nümayəndələri həmin gün sevdikləri insanları itirdilər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. 11 sentyabr terror aktlarına reaksiya verərək, hava məkanından istifadə təklif edən və terrorla qlobal mübarizəyə qoşulan ilk ölkələr sırasında Azərbaycan da olmuşdur. Bu, bir daha onu sübut etmişdir ki, Azərbaycan xalqı dünyanın hər yerində terrorun bütün formaları ilə mübarizə aparmağa hazırdır. Sonrakı illərdə yüzlərlə azərbaycanlı Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə dəstək vermişdir. ABŞ dəniz piyadaları korpusunda xidmət edən San-Diyeqodan olan azərbaycanlı, kiçik kapral Murad Rəhimov İraqdakı hərbi əməliyyatlarda həlak olmuşdur.
"Minlərlə günahsız insanın ölümünə səbəb olmuş 11 sentyabr terror aktlarına Azərbaycanın reaksiyası təsadüfi deyildi. Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycan özü də bir sıra terror aktlarına məruz qalmışdır. 1984-cü ildə Bakıda avtobusun partlaması nəticəsində iki uşaq anası həlak olmuş və bir neçə nəfər yaralanmışdır. 1992-ci ildə ermənilərin Xocalı şəhərinə hücumu nəticəsində 613 mülki şəxs, o cümlədən qadınlar və uşaqlar öldürülmüşdür. 1994-cü ilin martında Bakı Metropolitenində bomba partlayışı 14 nəfərin ölümünə və 42 nəfərin yaralanmasına səbəb olmuşdur. Bu siyahıda digər terror aktlarını da qeyd etmək olar", -deyə bəyanatda vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında