Sentyabrın 18-də hakimliyə namizədlər test imtahanı verəcəklər

Azərbaycanda hakim vəzifəsinə namizədlərin mütərəqqi qaydalar əsasında, şəffaf prosedurla növbəti seçimi davam edir.
Hakimlərin Seçki Komitəsindən bildirmişlər ki, 6 ay davam edən sənəd qəbulu zamanı 414 hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürmüş, onların imtahanlara hazırlaşmalarına kömək məqsədi ilə müvafiq kurslar təşkil edilmişdir. 100-dən çox namizədin iştirak etdiyi kurslarda hüququn müxtəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışları dinlənilmiş, namizədləri maraqlandıran suallar cavablandırılmışdır.
Test imtahanı sentyabrın 18-də Bakı İdman Sarayında keçiriləcəkdir.
İmtahanla bağlı təşkilati məsələlər Hakimlərin Seçki Komitəsinin iclasında müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, imtahan tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaqdır. Test sualları bilavasitə imtahan keçirilən zalda çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10:00-dan etibarən seçiləcəkdir.
Hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyət vəsiqəsini təqdim etməklə Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) almalıdırlar.
İmtahana gələrkən hakimliyə namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.
Maraqlananlar əlavə məlumatı (012) 510-22-97 telefonuna zəng etməklə ala bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında