Azərbaycanın və Özbəkistanın daxili işlər nazirlikləri arasında əlaqələr genişlənir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir. 
Sentyabrın 12-də R.Usubov özbəkistanlı həmkarı Bahadur Matlyubovla görüşmüşdür.
Görüşdə Bahadur Matlyubov əlaqələrin daha da genişlənməsində qarşılıqlı səfərlərin və belə görüşlərin sayının artırılmasının vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, ölkələrimizin dövlət başçıları İslam Kərimovun və İlham Əliyevin qarşılıqlı səfərləri münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynamışdır və əməkdaşlığımız bu gün də uğurla davam edir.
Özbəkistanın daxili işlər naziri hüquq-mühafizə orqanları əməkdaşlarının terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində apardıqları iş barədə məlumat vermiş, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ramil Usubov münasibətlərimizin belə yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun rolunu xüsusi qeyd etmişdir. Nazir demişdir ki, məhz ulu öndər Heydər Əliyev və İslam Kərimovun səyləri nəticəsində hər iki ölkədə ictimai siyasi sabitlik yaranmışdır. Bunun nəticəsidir ki, həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadiyyatı uğurla inkişaf edir. İqtisadiyyatın inkişafı isə sabitlikdən asılıdır. Nazir R.Usubov Azərbaycanda cinayətkarlıqla mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi barədə ətraflı məlumat verən R.Usubov bu məsələdə birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Özbəkistan rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov iştirak etmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında