Bişkekdə "Prezident İlham Əliyev" kitabının ikinci cildi nəşrə hazırlanır

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə paytaxtdakı "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" kitabının ikinci cildi nəşrə hazırlanır. 
Kitabda ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət təhlil edilir. Nəşrdə dövlətimizin başçısının səfərləri və çıxışları da yer almışdır.
Min səhifəlik kitabın elmi redaktoru Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Kitabda Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, bölmə müdiri Qafar Əliyev və başqalarının dövlətimizin başçısının fəaliyyəti haqqında fikirləri əksini tapmışdır. Kitabın tərtibçisi Nüsrət Məmmədovdur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın Qırğız, Özbəkistan, Qazaxıstan respublikalarında və digər ölkələrdə yayılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki "Prezident İlham Əliyev" kitabının 1-ci cildi bu ilin əvvəllərində Bişkekdə nəşr edilmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında