ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

Sentyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfirliyində 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş qanlı terror hadisələrinin 10-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. 
Əvvəlcə ABŞ-ın Dəniz Qüvvələrinin Avropa Hərbi Qrupu faciə qurbanlarının xatirəsinə matəm marşını ifa etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə dəhşətli terror aktının nəticələrini xatırladaraq bildirmişdir ki, bu gün bütün xalqların yaşaması birgə mübarizənin nəticəsidir: "Beynəlxalq ictimaiyyət olaraq biz göstərdik ki, terrorçular və onları idarə edən ideoloji ekstremistlər bizim vətəndaşların güc və dözümü ilə müqayisə edilə bilməz".

{nl}

M.Brayzə AzəUlu öndər Heydər Əliyevin ABŞ-ın Qeyri-Hərbi Hava Qüvvələri üçün Azərbaycanın hava məkanından məhdudiyyətsiz istifadə etmək təklifini xatırladan diplomat vurğulamışdır: "Həmrəyliyin bu ani ifadəsi həmin gün ABŞ Prezidenti də daxil olmaqla, Ağ Evdəkilərin hər biri üçün böyük məna kəsb etmişdir. Azərbaycanın sayəsində bildik ki, biz tək deyil, böyük ehtiyac anında bizə əllərini uzadan dostlarımızla həmrəy qalacağıq". rbaycan və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək verən digər ölkələrə Əfqanıstandakı əməkdaşlıqlarına görə təşəkkürünü bildirmişdir. Səfir Əfqanıstanda beynəlxalq təhlükəsizliyi və yenidənqurma işlərini dəstəkləmək məqsədi ilə qeyri-hərbi məhsulların nəql edilməsində Azərbaycanın və qonşu ölkələrin vacib rolunu vurğulamışdır.
Xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirmişdir ki, 11 sentyabr hadisələri insanların yaddaşında dərin iz qoymuşdur. Törədilmiş bu qanlı terror ölkələrin, xalqların vahid təhdid qarşısında birliyini nümayiş etdirmişdir. Həmin gün üç minədək günahsız insanın qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin kəskin etirazlarına səbəb olmuşdur.
H.Paşayev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ABŞ-a təmənnasız dəstək verilməsi sayəsində Azərbaycan-ABŞ münasibətləri daha yüksək səviyyəyə çatmışdır: "Biz son 10 ildə sözün əsl mənasında, tərəfdaş olduq".
Sonda musiqili kompozisiya təqdim olunmuşdur.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında