Azərbaycan ilə Özbəkistanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Özbəkistanda səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 12-də bu ölkənin baş prokuroru Raşid Kadırovla görüşmüşdür. 
Özbəkistanın və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdiyini vurğulayan baş prokuror demişdir ki, ölkələrimizin əməkdaşlığının hərtərəfli inkişafı üçün biz, ilk növbədə, dünya şöhrətli siyasi xadim Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimova minnətdar olmalıyıq. Son vaxtlar isə Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin isə Özbəkistana səfərləri əlaqələrimizin yüksək səviyyəyə qalxmasına təkan vermişdir.
R.Kadırov Özbəkistanda cinayətkarların məsuliyyətə cəlb edilməsi sahəsində görülən işlər haqqında da məlumat vermişdir.
Ramil Usubov bildirmişdir ki, dilimiz, dinimiz, adət-ənənələrimizin eyniliyi bizi daha da yaxınlaşdırır. Nazir demişdir: "Şadam ki, hər iki ölkədə sabitlik hökm sürür və bunun yaranmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xidmətləri danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Özbəkistana səfəri zamanı bu sahədə imzalanmış sənəd əlaqələrimizin daha da inkişafına zəmin yaratmışdır".
Ramil Usubov Azərbaycanda kriminogen vəziyyət haqqında məlumat vermiş, Özbəkistanın hüquq-mühafizə orqanları ilə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və bir sıra digər məsələlərlə bağlı müzakirə aparılmışdır.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov iştirak etmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında