IDEA Ətraf Mühit Kampaniyası "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" gənc ekoloqların beynəlxalq düşərgəsini təşkil edəcəkdir

Cənubi Qafqaz regionunda gedən sürətli inkişaf və sənayeləşmə son illərdə bir çox ekoloji məsələləri ön plana çıxarmışdır. Təbii neft və qaz ehtiyatları ilə zəngin olan regionda yerləşən bir ölkə kimi Azərbaycan da öz növbəsində ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin səylərini mərkəzləşdirməyə və doğru istiqamətə yönəltməyə cəhd göstərmişdir.
Bu məqsədlə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Gənc ölkə olmasına baxmayaraq, Azərbaycan ətraf mühitin qorunmasını özündə ehtiva edən sənaye və biznes növlərinə daha çox üstünlük verilməsini, gənc nəslin maarifləndirilməsi və ətraf mühitin qorunmasında ön sıralarda yer almasını təmin edir. Günümüzün ətraf mühit problemlərinin həllinin təxirəsalınmazlığını anlayan yeni gənc nəsil ətraf mühitin qorunması üçün ortaq məqsədlə yaşamalıdır.
Qeyd olunan məsələlər nəzərə alınaraq IDEA (International Dialogue on Environmental Action) Ətraf Mühit Kampaniyası "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsini təşkil edəcəkdir. Düşərgə cari il noyabrın 24-dən 27-dək Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçiriləcəkdir.
IDEA Ətraf Mühit Kampaniyası cari il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.
Düşərgənin keçirilməsinin əsas məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında regional əməkdaşlıqlar və şəbəkələşmə vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə verməkdir. Bundan əlavə, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, o cümlədən gənc ekoloqların öz icmalarında rolunu gücləndirmək və onların ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün səfir olmağa təşviq etmək düşərgənin əsas vəzifələrindəndir.
Gənclər düşərgəsi açılış mərasimi ilə başlayıb üç müxtəlif mövzularda keçiriləcək seminarlar və təlim kursları ilə davam edəcəkdir. İngilis və rus düşərgənin işçi dilləridir. Tədbirin açılış mərasimində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri iştirak edəcəklər. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq gənc ekoloqun iştirakı nəzərdə tutulmuşdur.
"Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu", "Ətraf mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri", "Yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi" düşərgənin əsas panel mövzularıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında