Şəkidə məzunlarla görüş keçirildi

Bu gün artıq ölkənin bütün rayonlarında ali məktəblərə qəbul olunmuş orta məktəb məzunları ilə görüşlər keçirilir, onlara uğurlar arzulanır, mükafatlandırılırlar.
Şəkidə isə bu tədbir iki cəhətdən rəmzi məna ilə təşkil olunmuşdu. Birinci rəmzi məna ondan ibarət idi ki, tələbə adını qazanmış gənclərlə görüş qədim karvansarada keçirilirdi. Karvansara uzaq yola çıxan insanlara "yaxşı yol" arzulanan məkandır. Tələbə adını qazanmış şəkili gənclər çox uzun bir yola çıxırdılar. İkinci rəmzi məna isə bu gözəl tədbirə Bakıdan gəlmiş "Dəcəl qızlar" ansamblının musiqi bəzəyi verməsi idi. Yəni, gənclər həmin gün "dəcəlliyə əlvida" - deyir, daha məsuliyyətli bir həyata qədəm qoyurdular.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd etdi ki, Şəkinin orta məktəblərini bitirmiş 1725 məzundan 1265-i qəbul imtahanı verib və onlardan 513 nəfəri ali məktəb tələbəsi adını qazanıb. Abituriyentlərdən 111 nəfəri 500-dən, 33 nəfəri isə 600-dən yuxarı bal toplayıb. İki məzun - Leyla Alxasova və Xəzər Səlimzadə Prezident təqaüdünə layiq görülüb. Natiq qeyd etdi ki, Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin cəmiyyət həyatının bütün sahələri kimi təhsilə də böyük qayğı və diqqət göstərməsi ölkə təhsilinin iti sürətlə inkişaf etməsinə zəmin yaradır. Şəki məktəblərinin ildən-ilə daha böyük uğurlara imza atması da məhz həmin tendensiyanın nəticəsidir.
İcra başçısı qeyd etdi ki, bu gün Şəki məktəbləri təkcə dövlətin və Təhsil Nazirliyinin deyil, eləcə də Heydər Əliyev Fondunun, xüsusən, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da böyük qayğısını görür. Ona görə də şəkili məktəblilərin zona və respublika miqyaslı tədbirlərdə mühüm uğurlar qazanması adi hala çevrilir.
Tədbirdə Milli Məclisin deputatları Yaqub Mahmudov, Cavanşir Feyziyev və Əli Məsimov da iştirak edirdilər. Görüş qəbul imtahanlarında yüksək bal toplayan məzunlara qiymətli hədiyyələrin verilməsi ilə davam etdirildi və "Dəcəl qızlar" ansamblının şən ifaları ilə başa çatdı.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında