Uruqvay beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Özlərinin ürəyindən keçənləri həqiqət kimi qələmə verməyə çalışan Ermənistan kütləvi informasiya vasitələri beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə növbəti dəfə təhrif edilmiş informasiya yaymışdır.
Xatırladaq ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Cənubi Amerikadakı "Hay Dat" komitəsinin və Uruqvay-Ermənistan parlament qrupunun təşəbbüsü ilə Ermənistan-Uruqvay münasibətlərinə həsr olunmuş görüşdə Uruqvayın xarici işlər naziri Luis Almaqro Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən guya Dağlıq Qarabağın separatçı rejiminin tanınmasına tərəfdar olduğunu bildirmişdir.
Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir: "Azərbaycanın Buenos-Ayresdəki səfirliyi bu məsələni aydınlaşdırır. Səfirlik artıq Uruqvayın Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmışdır. Uruqvayın xarici işlər nazirinin müavini Roberti Karreras Azərbaycanın Buenos-Ayresdəki səfiri Məmməd Əhmədzadə ilə söhbətində vurğulamışdır ki, onun ölkəsi beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır, Azərbaycanın ərazi bütövlüyü və ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir".
Azərbaycanın Buenos-Ayresdəki səfirliyi bu məsələni aydınlaşdırmaqda davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında