Qubkin adına Rusiya Neft və Qaz Universitetində Qərbi Sibir neft yataqlarını kəşf etmiş Fərman Salmanovun yubileyi qeyd edilmişdir

Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində həmvətənimiz, Qərbi Sibir neft yataqlarını kəşf edənlərdən biri, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Fərman Salmanovun anadan olmasının 80 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir. 
Bu tədbir Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının (RNQSİ) himayəsi altında təşkil edilmişdir. Konfransda RNQSİ-nin prezidenti Gennadi Şmal, Rusiya EA vitse-prezidenti, akademik Nikolay Laverov, Rusya EA Neft və Qaz Problemləri İnstitutunun direktoru, akademik Anatoli Dmitriyevski, akademik Aleksey Kontoroviç, 1970-1978-ci illərdə RSFSR geologiya naziri olmuş Lev Rovnin, Fərman Salmanovun ailə üzvləri və Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər Qərbi Sibirin neft-qaz yataqlarının kəşfinə Fərman Salmanovun verdiyi töhfəni, Rusiyada geologiyanın inkişafında onun rolunu qeyd etmiş, gözəl şəxsi keyfiyyətlərini xatırlamışlar. Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal demişdir: "Fərman Salmanovun həyatı böyük bir hadisədir. Bu gün biz onun şərəfli ömür yolunu xatırlamaqla, həm də Tümen torpağının sərvətlərini üzə çıxararaq onları Vətənin xidmətinə təqdim etmiş müxtəlif peşələrə sahib olan yüz minlərlə insanın şücaətini və fədakarlığını yad edirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında