Humboldt Universitetinin Tarix Elmləri İnstitutunun Azərbaycan tarixi kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Aux ölkəmizə gələcəkdir

AzərTAc-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri, professor Səadət Zeynalova sentyabrın 8-də Berlinin Humboldt Universitetinin Tarix Elmləri İnstitutunda olmuşdur.
Azərbaycan tarixi kafedrasının rəhbəri, professor-doktor xanım Eva-Maria Aux demişdir ki, kafedranın yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 2010/2011-ci illərin tam dərs prosesi başlamışdır.
Qeyd edilmişdir ki, Berlinin Humboldt Universitetində professor Auxun rəhbərliyi ilə "Azərbaycan elm və mədəniyyət həftəsi-2010" böyük uğurla başa çatdıqdan sonra burada "dəyirmi masa" arxasında Azərbaycan alimlərinin iştirakı ilə bir sıra ictimai mühazirələr və diskussiyalar aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov bu institutun qonağı olmuşdur. Ə. Həsənov institutun professor-müəllim heyəti və tələbələrlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və gənc Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin tarixinə dair maraqlı mühazirələrlə çıxış etmişdir.
Bununla yanaşı, Eva-Maria Aux belə bir faktı təəssüf hissi ilə qeyd etmişdir ki, çox zəngin tarixi və mədəniyyəti olan Azərbaycan hələ də Qərbi Avropada və xüsusilə də Almaniyada layiq olduğu səviyyədə tanınmır. Bununla bağlı kafedra öz üzərinə üç vacib məsələ götürmüşdür: Humboldt Universitetində Azərbaycanın tarixini əsas fənn kimi tədris etmək, müxtəlif mərhələlərdə ölkənin inkişafını və onun əhalisini tarixi aspektdə beynəlxalq elmi-tədqiqat layihələri çərçivəsində və geniş ictimai işlərin aparılması ilə öyrənilməsi.
Professor Eva-Maria Aux azərbaycanlı tərcüməçilər üçün mədəniyyətlərarası treninq proqramı hazırlamaq niyyətindədir. Bundan əlavə, tanınmış almaniyalı alim tərəfindən Azərbaycan Dillər Universitetində tərcümə fakültəsinin tələbələri üçün mühazirələr və treninq seminarlarının təşkili də nəzərdə tutulmuşdur.
Professor Eva-Maria Aux Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə bu il oktyabrın 2-dən 13-dək bir qrup tələbə və doktorantla birlikdə Bakıya səfər edəcəkdir. Almaniyalı alim səfər çərçivəsində AzərTAc-da da olmağı planlaşdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında