Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən Şahdüzündə (dəniz səviyyəsindən 3000 metrə yaxın yüksəklikdə) yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə canlı rejimdə ötürülməsi və həmin görüntülərin məsafədən idarə olunması təmin edilmişdir.
Eyni zamanda, Şahdağın Kabaş yüksəkliyində (3600 metr) quraşdırılmış avtomat meteoroloji stansiyadan da GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və nazirliyin internet saytına ötürülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi və onun ətraf ərazilərinin videogörüntülərini www.ejo.gov.az saytından izləmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın yüksək dağlıq ərazilərinin müasir iqlim dəyişmələri fonunda iqlim-hava şəraitinin öyrənilməsi baxımından həllini və tətbiqini tapmış mürəkkəb texniki imkanlar Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilərlər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında