Nəsimi rayonunda məzunlarla görüş

2010-2011-ci tədris ilində Nəsimi rayonunda uğurlar əldə edilib. Rayonun 4 məktəbi "Ən yaxşı məktəb", 17 pedaqoq isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Bu il orta məktəbi bitirərərək ali məktəblərə sənəd verən 1730 məzundan 1121-i qəbul olunmuşdur. Qəbul imtahanlarında 50-dən artıq məzun 600-dən yuxarı, 12 nəfər isə 650-dən yuxarı bal toplamışdır. 5 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 
Nəsimi Rayon İcra Hakimiyyətində bu il rayonun məktəblərini bitirərək yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüş keçirilmişdir. Görüşü rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq gəncləri əldə etdikləri uğurla əlaqədar təbrik etdi, onlara müvəffəqiyyət arzuladı.
Sonra 19 nömrəli məktəbin direktoru M.Qəmbərov, 46 nömrəli məktəbin direktoru S.Budaqova, 240 nömrəli məktəbin direktoru E.Məmmədova və məzunlar çıxış etdilər.
Tədbirin sonunda məzunlara qiymətli hədiyyələr təqdim edildi və onlarla xatirə şəkil cəkdirildi.
Nəsimi rayonunda yeni tədris ilinə hazırlıqla bağlı 6 orta məktəbdə əsaslı təmir işləri başa çatır. 2 orta məktəbdə isə əlavə korpus tikintisi ilin sonunadək başa çatdırılacaq. Eyni zamanda, 4 məktəbəqədər müəssisədə əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında