Azərbaycanda elektron imzanın tətbiqinə başlanılıb

Son illər Azərbaycanda informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra uğurlu layihələr reallaşdırılıb. Onlardan biri də elektron imzanın tətbiqidir. Elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə bağlı yaradılaraq istifadəyə verilib.
Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti "Elektron imza və elektron sənəd dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsaslanır. Bu mərkəzin tərkibində ayrı-ayrılıqda dövlət orqanlarına, əhali və biznes qurumlarına elektron imza xidmətləri göstərmək üçün 3 mərkəz fəaliyyət göstərir. Əsas mərkəzin tərkibində "Elektron hökumət mərkəzi" və "Hökumət orqanları mərkəzi" təşkil edilib. Elektron imza infrastrukturu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi tender əsasında yerli Ultra, Azerin şirkətləri və Microsoft korporasiyasının ölkə nümayəndəliyindən ibarət konsorsium tərəfindən qurulub.
Dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün elektron imzadan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla iqtisadi əsaslandırma nəticəsində müəyyən olunub. Əhali üçün güzəştli qiymətlər tətbiq edilib. Elektron imza xidmətindən istifadə etmək istəyən hüquqi və fiziki şəxslərin sənədlərinin qəbulu və onlara elektron imza sertifikatlarının verilməsi poçt şöbələrində yaradılmış qeydiyyat mərkəzlərində həyata keçiriləcək. Elektron imzanın tətbiqi əhalinin dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanlarını genişləndirəcək, onlara daha təkmil, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək, e-ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxararaq ölkədə elektron hökumətin formalaşmasına ciddi təkan verəcək. Bu, dövlət orqanlarının vətəndaş və təşkilatlarla qarşılıqlı əlaqələrinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəkdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında