Elsevər AĞAYEV: "Fəxri adlar almış, orden və medallara layiq görülmüş, yaşı 70-dən yuxarı olan səhiyyə işçiləri ilə əmək müqaviləsi 1 il müddətinə uzadıla bilər"

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev yaşı 70-dən çox olan səhiyyə işçilərinin dövlət müəssisələrində öz fəaliyyətini davam etdirməsi üçün əsas götürüləcək meyarları açıqlayıb.
APA-nın məlumatına görə, nazir müavini bildirib ki, dövlət tərəfindən fəxri adlar almış, orden və medallara layiq görülmüş yaşı 70-dən yuxarı olan səhiyyə işçiləri ilə əmək müqaviləsi 1 il müddətinə uzadıla biləcək.
Elsevər Ağayev işdən çıxarılan həkimlərin yerinə gələn kadrların səviyyəsi ilə bağlı sualı belə cavablandırmışdır: "Proses indi başlayıb və davam etməkdədir. Bu məsələ dövlət tərəfindən nəzərə alınmışdır. Bu prosesdə bizim ən ağrılı yerimiz elmi-tədqiqat müəssisələrində, universitetlərdə, elmi müəssisələrdə çalışan təcrübəli şəxslərin yaş senzinə məruz qalacağı ilə bağlı idi. Lakin qeyd olunan kateqoriyadan olan şəxslərə yaş senzi tətbiq olunmayacaq. Yaşı 65-dən yuxarı olan səhiyyə işçiləri isə özəl sektorda çalışa bilərlər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında