"Qarabağ məsələsinə kömək etmək istəyənlərin hamısı üçün qapı açıqdır"

Kim Dağlıq Qarabağ münaqişəsinin həllində öz xoş məramını ortaya qoyub addım atmaq istəyirsə, biz bunu alqışlayırıq və buna yaxşı, müsbət münasibətimizi bildiririk. 
Lakin biz bütün dövlətlərin bu məsələ ilə bağlı həqiqi, real mövqeyini, həqiqi fəaliyyətini də yaxşı bilirik.
Bu fikri Gün.Az telekanalına açıqlamasında Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranın dəfələrlə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyası cəhdində bulunması məsələsinə münasibət bildirərkən bəyan etmişdir.
N.Məmmədov qeyd edib ki, bu yöndə məsələlər, ümumiyyətlə, tez-tez gündəliyə gəlir:
"Amma bu gün ATƏT çərçivəsində yaradılmış Minsk qrupunun, Minsk konfransının müddəalarına görə, onun rəsmi surətdə təsdiq və təmsil olunması mümkün deyil. Amma bu o demək deyil ki, kim istəyirsə, bu məsələyə kömək edə bilməz. Kömək etmək istəyənlərin hamısı üçün qapı açıqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında