DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların sonuncu günündə seçkilərdə polis orqanlarının rolu və fəaliyyətindən danışılmışdır

Sentyabrın 9-da dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. 
Seçkilərin azad, demokratik və şəffaf keçirilməsində bu cür kursların əhəmiyyətini vurğulayan O.Zalov seçki prosesində polis orqanlarının vəzifələrindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan polisi bütün seçkilərdə heç kimə fərq qoymadan, vətəndaşların, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin hüquq və azadlıqlarının, ictimai asayişin və sabitliyin qorunmasında üzərinə düşən vəzifələri icra etmişdir. Bundan sonra da seçkilərə hazırlıq dövründə və seçkilər zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin demokratik və şəffaf, azad keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələr qanun çərçivəsində icra edəcəkdir.
Sonra O.Zalov DSK sədrlərinin suallarını cavablandırmış, rəy və təkliflərini bildirmiş, onlara uğurlar arzulamışdır.
DSK sədrlərinin maarifləndirilməsi və peşəkarlıqlarının artırılması məqsədi ilə keçirilən kursların sonuncu günündə Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov, MSK Katibliyi ümumi şöbəsinin müdiri Elşən Əsgərov "Seçki prosesində seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi, seçicilərə təqdim edilməsi qaydaları və şərtləri", "Seçki prosesində dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə təcrübəsi" mövzularında məruzələrlə çıxış etmişlər.
Bununla da kurslar başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında