Sumqayıtda beynəlxalq ekoloji konfrans

"Azərikimya" İstehsalat Birliyində "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq ekolongıya konfransı keçirilmişdir.
Üç gün davam edən konfransda Almaniya və Azərbaycanın ekologiya məsələləri ilə məşğul olan dövlət qurumları və ictimai təşkilatlarının - ARDNŞ-in Ekologiya İdarəsinin, "Azərikimya" İstehsalat Birliyinin, Sumqayıt Bələdiyyəsinin, Almaniyanın Bakıdakı səfirliyinin, Almaniya Federal Ekonlogiya Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cənmiynyətinin, respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçiləri, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransın ilk günündə "Azərikimya" İB və Almaniyanın GİCON şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalannmışndır. Sazişi "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayev və GİCON şirkətinin rəhbəri Doktor Yoxen Grossmann imzalayıblar.
Tədbirdə Almaniyanın Sumqayıtla partnyorluq edən Lüdviqshafen şəhərinin nümanyəndənləri Yudit Rader və Uve Frolixin "Çirklənndirilmiş ərazilərin yerli perspektivndən idarə olunması" və BASF Şirkətinin nümayəndəsi Uve Ganqlitsin "Şirkətnlərin ətraf mühitin idarə olunması konsepsiyası" mövzunsunda məruzələri, Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayevin, habelə "Azərikimya" İB Ekologiya şöbəsinin böyük mühəndisi İlham Məhərrəmovun Sumqayıtın sənaye zonasının ekoloji vəziyyətinin yaxşınlaşndırılması sahəsində görülən işlər, həmçinin Almaniyanın ekologiya üzrə dövlət struknturları və ictimai təşkilatları ilə birgə həyata keçirilmiş tədbilər barədə çıxıları dinlənilib. Günün ikinci yarısında qonaqlar Sumqayıt şəhəri ilə tanış olublar.
Konfransın ikinci günündə GİCON şirkətindən doktor Yoxen Grossmannın çıxışı, doktor Tilo Hok, doktor Uve Kallert və doktor Tomas Delşenin "Torpaqların çirklənmə risklərinin qiymətlənndirilnməsi, həmnçinin bu çirklənmələrin insan orqanizminə və yeraltı sulara təsiri" mövnzusunda mərunzənləri dinlənilib. Günün sonunda tədbir iştirakçıları Sumqayıtın tullantılar poliqonuna səfər ediblər. Konfransın son günündə ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər Əliyevin "ARDNŞ-in ekologiya monitorinq sistemi" və doktor Kristof Aypperin "Ətraf mühit risklərinin təhlili" mövzularında məruzələri dinlənilib.
"Azərikimya" İB Müşahidə Şurasının sədri M.Babayev konfransa yekun vurub və qonaqlara minnətdarlığını bildirib. Almaniyalı ekoloqlar sumqayıtlı həmkarlarına ətraf mühitlə bağlı maraqlı kitablar hədiyyə ediblər. Konfransın işi qonaqların Bakı şəhərinə və Bibiheybət neftçıxarma ərazilərinə ekskursiyası ilə başa çatıb.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında