Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün böyük potensial vardır

Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əlaqələr yüksək templə inkişaf edir, çünki bunun üçün böyük potensial vardır. 
Bu sözləri Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin demişdir.
Qubernator bildirmişdir ki, səfərin əsas məqsədi Azərbaycan ilə əməkdaşlığa dair növbəti beşillik müqavilənin imzalanmasıdır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Jilkin demişdir: "Azərbaycanda turizmin inkişafı istiqamətində yüksək keyfiyyətli infrastruktur layihələri reallaşdırılır. Əminliklə deyə bilərəm ki, istirahət etmək üçün xarici ölkələrə səfər edən həştərxanlılar bundan sonra Azərbaycana gələcəklər, çünki burada turistlər üçün gözəl imkan və şərait yaradılmışdır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında