Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini ilə görüşmüşdür

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov sentyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür. 
QMİ-də keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, dinlərarası münasibətlər və digər aktual məsələlər müzakirə olunmuşdur.
A.Paşazadə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etmişdir.
Qonaq Azərbaycanda bir sıra görüşlər keçirdiyini, ölkəmizin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, A.Paşazadənin MDB məkanında dinlərarası əlaqələrin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında