MSK-nın keçirdiyi kurslar davam edir

Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 8-də davam etdirilmişdir.
Növbəti kursda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova "Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi tədbirləri, seçki prosesində insan hüquqlarının müdafiəsi istiqamətləri və vasitələri" mövzusunda məruzə ilə çıxış etmişdir. DSK sədrləri üçün keçirilən kursların əhəmiyyətini vurğulayan ombudsman bildirmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki fəaliyyətini daha da təkmilləşdirir.
İnsan hüquqlarının müdafiəsinin tarixindən danışan E.Süleymanova bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində çox böyük işlər görülür.
Ölkəmizdə son illərdə insan hüquqlarının təmin edilməsi sahəsində görülən işlərdən danışan E.Süleymanova qeyd etmişdir ki, respublikamızda bu hüquqların təmin olunması, səmərəli müdafiəsi məqsədi ilə mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bu qanunlara dönmədən əməl olunur, seçki prosesində seçicilərin hüquqları etibarlı surətdə qorunur.
"Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov bu cür kursların keçirilməsini yüksək qiymətləndirmişdir. O, dairə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan ixtisaslaşdırılmış kurslara gələcəkdə məntəqə sədrlərinin də cəlb edilməsini tövsiyə etmişdir. R.Usubov bu kursların azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasına kömək edəcəyini bildirmişdir.
Kurslar dairə seçki komissiyalarında təcrübə mübadiləsi ilə davam edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında