Estoniyadan məktub

Azərbaycanlı yazıçı-filosofun əsəri Müstəqil Dövlətlər Birliyində maraqla qarşılanır
Ədəbiyyatı xalqlar arasında sülhün, dostluğun və mehribançılığın əsas dayaqlarından biri adlandıranlar tamamilə haqlıdırlar. Çünki bu gün dünyanın hər yerində elm, ədəbiyyat, mədəniyyət xadimləri siyasətçilərin və diplomatların ən yaxın köməkçisinə çevriliblər. Bu istiqamətdə ən uğurlu addımları isə Rusiya Federasiyasının Yazıçılar İttifaqı atır. Həmin İttifaqın Moskva Şəhər Təşkilatı ötən ilin son günlərində azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabını Moskvada rus dilində, böyük tirajla çap etdirmiş və uğurlu əsər kimi Kubada keçirilən beynəlxalq kitab sərgisinə göndərmişdi.
Bu ilin fevral ayında isə Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ilə birlikdə çap etdirdiyi "Kəlamlar" ("Kalamı") kitabını Müstəqil Dövlətlər Biprliyinə üzv olan ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament, elmi mərkəz və dini qurumlarının başçılarına göndərmişdi. Qazaxıstan, Ukrayna, Belarus və başqa ölkələrdən kitabın naşirlərinin və müəllifinin ünvanına bir sıra təqdiredici fikirlər göndərilir. Hacı Fərhada Estoniyadan gələn məktub isə kitab müəlliflərinin, qələm sahiblərinin hər biri üçün dəyərli olacaq şəkildədir.
Bu ilin aprel ayında Azərbaycanda rəsmi səfərdə olan, "Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyəti olan ölkədir" - ifadəsi ilə hər bir soydaşımızın böyük rəğbətini qazanan Estoniya Prezidenti Toomas Hendrik İlvesin adından azərbaycanlı yazıçı-filosof Hacı Fərhada göndərilən məktubda soydaşımızın yaradıcılığı təqdir olunur və ona böyük uğurlar arzulanır. Prezident Dəftərxanasının direktoru Rayner Saks Prezident Toomas Hendrik İlves adından azərbaycanlı qələm sahibini rusdilli və türkdilli ölkələrdə böyük maraqla qarşılanan "Kəlamlar" kitabına görə təbrik edir və bu kitabın daha böyük uğurlar qazanacağına əminlik ibadə olunur.
Qeyd edək ki, Azərbaycan oxucuları ötən ay "Kəlamlar" kitabı ilə bağlı daha iki maraqlı məqamın şahidi olmuşdular. Belə ki, ölkəmizdə fəaliyyət göstərən İctimai Rəy Araşdırmalar Mərkəzi respublikanın görkəmli ziyalılarından üç nəfərini - akademiklər Budaq Budaqov və Arif Paşayevi, eləcə də Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki Hacı Fərhad Mirzəni milli-mənəvi dəyərlərin qorunub saxlanılmasındakı və təbliğindəki uzunmüddətli xidmətlərinə və gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə verdikləri töhfəyə görə "Mənəviyyat himayədarı" medalı ilə təltif etmişdi. Digər məqam isə ondan ibarət idi ki, paytaxtın "8-ci kilometr" yaşayış massivindəki böyük ticarət mərkəzində yanğınsöndürənlər dəhşətli yanğın zamanı külə-kömürə çevrilmiş mağazalardan birində heç bir zərər çəkməmiş "Kəlamlar" kitabı tapmışdılar. Hadisə yerindən operativ material hazırlayan mətbuat təmsilçiləri bütövlükdə yanmış mağazada bir kitabın salamat qalmasını sensasiya kimi qələmə vermişlər. Görünür "Kəlamlar"ın bütün dünyada uğurlar qazanmasının, təqdir edilməsinin əsas səbəbi də elə Tanrının onu qorumasıdır. Kitab yaxın günlərdə Londonda ingilisdilli oxuculara da təqdim ediləcəkdir.

{nl}

Mirkamil SƏYYAF

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında