Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanununun 7.1-ci maddəsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin və həmin maddədə nəzərdə tutulmuş "... şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması" müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və 71-ci maddələri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsi baxımından şərh edilməsinə dair müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 6-na təyin edilmiş iclasında baxılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında