Seçki sahəsində maarifləndirmə işləri gücləndirilir

Sentyabrın 7-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilmişdir. 
Kursların üçüncü günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyə fəaliyyətinin təşkili və onun seçkilərə təsiri" mövzusunda məruzə ilə çıxış etmişdir. Komitə sədri Azərbaycanda bələdiyyələrin tarixi, bələdiyyələr ilə dövlət arasında əlaqələr, kadrların ixtisaslaşması sahəsində aparılan işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda 1720-dək bələdiyyə vardır.
DSK-ların sədrlərinə seçicilərlə bələdiyyələrin birgə fəaliyyəti ilə bağlı ətraflı məlumat verən A.Rəhimzadə demişdir: "Seçicilər bələdiyyələrin işinin açıq və şəffaf şəkildə aparıldığını, qərarların kollektiv şəkildə qəbul olunduğunu görsələr, o zaman bələdiyyə seçicilərin hərtərəfli dəstəyini qazana bilər" .
A.Rəhimzadə bildirmişdir ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası yaradılmış və maliyyə mənbələrini təmin etmək üçün qaydalar müəyyənləşdirilmişdir.
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə "Avropa İnsan Hüquqları Məhkəməsində seçki hüquqlarının müdafiəsi" mövzusunda çıxış etmişdir.
Yeddigünlük kurslarda 125 DSK sədri iştirak edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında