Azərbaycanda telefon nömrələrinin köçürülməsi xidməti 2012-ci ilin birinci rübünün sonunadək tətbiq olunacaq

Telefon nömrələrinin köçürülməsi xidməti gələn il birinci rübün sonunadək tətbiq olunacaq. "Trend" İnformasiya Agentliyinin məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə günü jurnalistlərə açıqlama vermişdir.
İ.Məmmədovun sözlərinə görə, ilin sonunadək bu proseslə bağlı bütün sənədlər hazırlanacaq və razılaşdırılacaq.
Nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.
Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi MNP xidmətinin tətbiqi üçün tənzimləyici sənədlər hazırlayıb. Xidmətin tətbiqi çərçivəsində aspektlərin böyük hissəsi mobil rabitə operatorları ilə razılaşdırılıb.
Operatorların şəbəkələrində bu xidmətin tətbiqi üçün onları bir-biri ilə birləşdirəcək müvafiq avadanlıqların quraşdırılması vacibdir. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.
Nömrələrin köçürülməsi xidmətinin tətbiqi rəqabəti artırır və operatorları öz əvvəlki abonentlərini saxlamaq üçün əlavə cəhdlər etməyə və yeni müştərilərin cəlb olunması üçün daha cəlbedici xidmətlər göstərməyə vadar edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında