Azərbaycan və Niderland arasında hüquqi əlaqələr inkişaf edir

Sentyabrın 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan F.Məmmədov 2002-ci ildə hər iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun hüquqi sahədə münasibətlərimizin inkişafı üçün zəmin yaratdığını bildirmişdir. Niderlandın ədliyyə nazirinin ötən il Azərbaycana səfərinin, keçirilmiş görüşlərin və danışıqların əhəmiyyətini vurğulayan F.Məmmədov respublikamızda məhkəmə və ədliyyə sistemində həyata keçirilən islahatları barədə qonağa məlumat vermişdir.
Niderlandın ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir hüquqi əməkdaşlığın getdikcə inkişaf etdiyini və qarşılıqlı səfərlərin buna təkan verdiyini vurğulamış, ədliyyə və məhkəmə islahatlarının uğurlu nəticələrini təqdir etmiş, əməkdaşlığa dair konkret təkliflər irəli sürmüşdür.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında