Azərbaycan "Qlobal rəqabət indeksi" reytinqində 87 ölkəni arxada qoymuşdur

Azərbaycan Davos İqtisadi Forumu çərçivəsində işıq üzü görən "Qlobal rəqabət indeksinin" 2011-2012-ci illər üçün tərtib edilmiş cədvəlində 55-ci yerdə qərarlaşıb.
APA-nın "Qlobal rəqabət indeksi 2011-2012" hesabatına istinadən verdiyi məlumata görə, ötən ilə nisbətən Azərbaycan reytinqdə iki pillə irəliləmişdir.
Tərtib edilmiş cədvələ ümumilikdə 142 ölkə daxil edilmişdir. Birinci yerdə İsveçrənin qərarlaşdığı qlobal reytinq cədvəlində Ermənistan 92-ci yerdə mövqe tutub. Azərbaycan indeksinə görə 87 ölkəni, o cümlədən Türkiyə, Rusiya, Latviya, Slovakiya, Qazaxıstan kimi ölkələri geridə qoyub.
Qeyd edək ki, "Qlobal rəqabət indeksi" müxtəlif ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edir. Bura müxtəlif meyarlar (ümumilikdə, 110 meyar), o cümlədən bu və ya digər ölkənin makroiqtisadi göstəriciləri, infrastruktur, təhsil, rabitə və digər sahələrin inkişaf səviyyəsi aiddir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında