Pakistanın milli bayramı şərəfinə

Sentyabrın 7-də Pakistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müdafiə Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İnayat Ullah Kakar ölkəsinin milli bayramı - Müdafiə Gününün tarixi barədə iştirakçılara məlumat vermişdir. O qeyd etmişdir ki, bu gün milli birlik ruhunun və Pakistanın hər cür təcavüz və həmlələrdən qorunma əzminin, iradəsinin vəhdəti günüdür. Diplomat Pakistanın son on il ərzində terrorla mübarizəyə verdiyi töhfələrdən danışmışdır.
Pakistanın ölkəmizdəki səfirliyinin hərbi attaşesi polkovnik Rizvan Malik Müdafiə Gününün tarixindən danışmış, ölkəsinin Azərbaycan ilə dostluq münasibətlərinə verdiyi önəmi vurğulamışdır. Bildirmişdir ki, iki qardaş ölkə arasında inkişaf edən hərtərəfli əməkdaşlıq və anlaşma bizim bir-birimizə olan münasibətlərimizin təzahürüdür.
Qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında