Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Bakının Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 7-də Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqlara rayon haqqında ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrdən danışmışdır.
Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan A.Jilkin ölkəmizdə gördükləri qonaqpərvərlikdən məmnunluqla danışmışdır. Xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edən qubernator demişdir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrimiz ümummilli lider Heydər Əliyevin dövründə başlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Qonaq, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışmışdır.
Vurğulanmışdır ki, 2006-cı ildə qardaşlaşmış Bakının və Həştərxan vilayətinin eyniadlı Nərimanov rayonları arasında əlaqələr çox sürətlə inkişaf edir.
Görüşdə qardaşlaşmış rayonlar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında