Ordu xalqımızın iftixar mənbəyidir

Azərbaycan Ordusunun yarandığı ilk günlərdən Silahlı Qüvvələrin sıralarında xidmətə başlamışam. Cəbhə bölgələrində, ağır döyüş əməliyyatlarında iştirak etmişəm. Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra həm təmsil etdiyim qeyri-hökumət təşkilatının, həm də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin və cəbhə bölgələrinə olan səfərlərin iştirakçısıyam. Hər dəfə bu səfərlər zamanı gördüklərim ürəyimi dağa döndərir.
90-cı illərin əvvəllərində mövcud olan ordu ilə indiki Silahlı Qüvvələrimizi qətiyyən müqayisə etmək olmaz. Bu gün peşəkar bir hərbçi kimi inamla deyə bilərəm ki, ölkədə ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur. Dövlət büdcəsindən orduya aid xərclərin ilbəil artırılması, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan qərar və sərəncamlar ölkənin müdafiə qüdrətini artırmış, Silahlı Qüvvələrin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunması ilə nəticələnmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə həyata keçirilən bir sıra mühüm tədbirlər, o cümlədən, müxtəlif güc strukturlarını təmsil edən qoşun növlərinin birgə təlimi ölkədə ordu quruculuğu sahəsində ciddi irəliləyişlərin qeydə alındığını bir daha göstərir.Təsadüfi deyil ki, bütün bunların məntiqi davamı kimi orduya aid xərclərin ilbəil artırılması ölkənin müdafiə qüdrətini daim gücləndirməkdədir. Fəxr edirik ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən mobil silahlı qurumu kimi tanınmaqla bərabər, təcavüzkar Ermənistan ordusunu istisnasız olaraq bütün xidmət sahələrində dəfələrlə arxada qoyur.
Qısa zaman kəsiyində istər regionda, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanan Azərbaycan ordusu bu gün ölkənin milli maraqlarından irəli gələn problemlərin həllində öz sözünü deməyə qadirdir. Son illər hərbçilərimizin ixtiyarına verilən, müasir texnologiyalar əsasında hazırlanmış silah-sursat və hərbi texnika xüsusilə döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına əsaslı zəmin yaratmışdır. Ordumuzun şəxsi heyəti ölkənin müdafiə qüdrətini artırmaq və əgər lazım gələrsə, düşmənə həlledici zərbə endirmək üçün istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından daim ciddi irəliləyişlərə imza atır, bununla da, dövlətin və xalqın etimadını doğrultmağa çalışır.
Bu gün Silahlı Qüvvələrimizdə xidmət edən hər bir hərbi qulluqçu ölkədə ordu quruculuğu ilə bağlı aparılan dövlət siyasətini tam dəstəkləyir və öz üzərinə düşən vəzifələri yerinə yetirmək məqsədilə əlindən gələni əsirgəmir. Təsadüfi deyil ki, bütün dünyada zəngin enerji resurslarına malik bir dövlət kimi tanınan Azərbaycan Respublikasında bugünədək qeydə alınmış iqtisadi uğurlar ölkənin müdafiə potensialının gücləndirilməsində də daim özünü qabarıq göstərmişdir. Yuxarıda deyilənlərə son illər ordu quruculuğu sahəsində aparılan bir sıra mühüm islahatları da əlavə etsək, tamamilə yerinə düşər.
Bu sahədə Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi sahəsində günün tələblərinə cavab verən davamlı tədbirlərin həyata keçirilməsi də əhəmiyyətli rol oynamışdır. Bu gün ordumuzun 43 hərbi şəhərciyində aparılan və başa çatdırılan tikinti və yenidənqurma işləri Silahlı Qüvvələrimizin hazırkı durumunu səciyyələndirən əsas amillərdəndir. Şəxsi heyətin istifadəsinə verilən onlarla əsgər kazarma və yataqxanası, yeməkxana, yaşayış və qərargah binaları, o cümlədən tibb müəssisələri müasir Avropa standartlarına cavab verən avadanlıqlarla təmin olunmuşdur.
Ordunun Ali Baş Komandan tərəfindən uğurla idarə olunması, Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq istiqamətdə prinsipial mövqe sərgiləməsi bu gün bizim hamımızı ürəkdən sevindirir. Ancaq buna baxmayaraq bu prinsipiallığı sinirə bilməyən bəzi insanlar öz şəxsi ambisiyalarına söykənərək orduya qarşı qara piar kampaniyası həyata keçirir, ordunu gözdən salmağa çalışırlar.
Biz şübhə etmirik ki, bir sıra müxalifət mətbuatında çap olunan və hərbçilərin şərəf və ləyaqətinə toxunan, onların həyatda tutduqları yüksək mövqeyi aşağılayan yazıların heç bir əsası yoxdur. Təəssüf ki, bəzi qüvvələr öz çirkin niyyətlərinə çatmaqdan ötrü hər cür təxribat və dezinformasiyaya əl atırlar. Bütün bunlara baxmayaraq bu gün Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlara kölgə salmaq onlara müəssər olmayacaq. Azərbaycan Ordusu Cənubi Qafqazın ən mobil və inkişaf etmiş silahlı qurumu kimi Azərbaycan xalqının iftixar mənbəyidir.

{nl}

Füzuli RZAQULİYEV, ehtiyatda olan zabit, müharibə veteranı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında