Avqust ayında dövlət sərhədini pozduqlarına görə 80 nəfər saxlanılmışdır

Cari ilin avqust ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 
Ay ərzində dövlət sərhədini pozduqlarına görə 46 fakt üzrə 80 nəfər saxlanılmışdır. Sərhəd nəzarət-buraxılış məntəqələrində 34 halda 65 nəfər saxta sənədlə, 2 nəfər özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılmışdır. Sərhəd zastavalarının xidməti ərazilərindən 16 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınmışdır.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 121 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 36 kiloqram 723,5 qram narkotik maddənin, o cümlədən 33 kiloqram narkotik tərkibli həbin, 3 kiloqram 529 qram heroinin, 154,5 qram tiryəkin, 40 qram marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
DSX-nin əməkdaşları tərəfindən "Xaş-xaş-2011" şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Sadıxlı, Balakən rayonunun Göyəmtala kəndləri ərazisində ümumi çəkisi 1207 kiloqram olan yabanı halda bitmiş 2182 ədəd çətənə kolu aşkar olunaraq məhv edilmişdir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 43 halda ümumi dəyəri təqribən 272 min manat olan qaçaqmal, o cümlədən 509 ədəd müxtəlif ölçülü patron, 3000 kapsul, 1 kiloqram barıt, 4 siqnal minası, bir motosiklet, 1700 pirotexniki vasitə, 3 baş at, 1123 qutu siqaret, 2 gizli videokamera, 48 müxtəlif zinət əşyaları, 365 mobil telefon, 911 mobil telefon aksesuarı, müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 4 halda 7 nəfər sərhəd rejim pozucusu saxlanılmış, dənizdən 50 metr tor aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında