Azərbaycan BMT ilə əməkdaşlıq və onun müxtəlif proqramlarında iştirak məsələsinə çox böyük əhəmiyyət verir

BMT dünyada ən böyük təşkilatdır. Azərbaycan da BMT ilə əməkdaşlıq və onun müxtəlif proqramlarında iştirak məsələsinə çox böyük əhəmiyyət verir. 
Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bəyan etmişdir.
Diplomat Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin səbəbləri haqqında söhbət açaraq qeyd etmişdir ki, bu halda ikili standartlar siyasəti özünü göstərir.
"Məsələn, Şimali Afrikada və ərəb dünyasında məlum hadisələr zamanı BMT qətnamələri qəbul edilməyə macal tapmamış onların üzərində iş həyata keçirilməyə başlanır. Şübhəsiz, bu, ikili standartlar siyasətinin nümunəsidir. BMT Təhlükəsizlik Şurasına daxil olan beş ölkədən üçü ATƏT-in Minsk qrupunun həmsədrləridir və dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT səviyyəsində tənzimlənməsi prosesini davam etdirməyə çalışır. Öz növbəsində Azərbaycan da bu münaqişə haqqında həqiqəti başqa beynəlxalq təşkilatlar və strukturlar səviyyəsində dünya ictimaiyyətinə çatdırmaq üçün mümkün olan hər şeyi edir", - deyən A.Mehdiyev daha sonra vurğulamışdır: "BMT-də müsəlman ölkələri çoxdur, lakin hər halda erməni amili mövcuddur, biz bunu nəzərə alırıq və bu istiqamətdə öz işimizi davam etdiririk. BMT-nin üzvü olan bəzi ölkələrdə Azərbaycan haqqında obyektiv informasiya yoxdur və biz ilk növbədə bu istiqamətdə böyük iş aparırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilməsi haqqında məsələ BMT Baş Məclisinin gündəliyinə çıxarılanda bizi 30 ölkə dəstəkləmişdi. Bu dəfə isə, mən şübhə etmirəm ki, bizi dəstəkləyən ölkələrin sayı qat-qat çox olacaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında