SAM-da Avropanın bir sıra ölkələrinin "beyin mərkəzləri"nin nümayəndələri ilə görüş olmuşdur

Sentyabrın 6-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın bir sıra "beyin mərkəzləri"nin nümayəndələri və parlament üzvləri ilə görüş keçirilmişdir. 
SAM-dan bildirmişlər ki, qonaqlara SAM-ın fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında ətraflı məlumat verilmişdir.
Görüşdə "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Bundan əlavə, Cənubi Qafqazın geosiyasəti, Avropa İttifaqının region ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Yaxın Şərq regionunda qeyri-sabit vəziyyət, beynəlxalq təhlükəsizlik və digər məsələlər müzakirə olunmuşdur.
Qonaqlar sentyabrın 7-də Bakıda keçiriləcək "Avropa İttifaqının Xəzər regionuna baxışı: Yumşaq güc, yoxsa real siyasət?" mövzusunda konfrans, eyni zamanda, layihələr barədə ətraflı məlumat vermişlər.
Görüşdə, həmçinin regional və beynəlxalq və bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında