Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir

Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir. Çünki hər media qurumu öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır.
Bu sözləri sentaybrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüfləndiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, insanlar daha çox televiziya və radio vasitəsilə təqdim olunan informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır.
Ə.Həsənov demişdir ki, əgər bir oxucu qəzetdən obyektiv məlumat ala bilmirsə, deməli həmin mətbu orqan öz ictimai-siyasi vəzifəsini yerinə yetirmir. Bəzi qəzetlər hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər.
İnternet saytlarında yayılan informasiyalara da toxunan şöbə müdiri bildirmişdir ki, İnternet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla da məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. "Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya deyildir", - deyə Ə.Həsənov vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında