Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etmişdir

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirmişlər ki, Bakı-Sumqayıt yolunun 9-cu kilometrində, DYP-nin ekoloji nəzarət postunun qarşısında yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti sıxlıq yaranır. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, həmin istiqamətə getmək üçün Biləcəri və Binəqədi qəsəbələrindən keçən alternativ yollardan istifadə etsinlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında