Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir

Serbiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da bu ölkənin Baş naziri Mirko Çvetkoviç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanmışdır. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, energetika, turizm və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.
Görüşdə, həmçinin Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclasına hazırlıq məsələləri müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında