"Azercell Telekom" korporativ brendinin yenilənmiş görünüşünü təqdim etmişdir

Mayın 15-də "Azercell Telekom" MMC özünün korporativ brendinin yenilənmiş görünüşünün təqdimatını keçirmişdir.
Brendin yenilənməsi Avropada ən böyük telekommunikasiya şirkətlərindən biri olan "TeliaSonera" adı altında birləşmiş qurumlar hesab edilən Avrasiya regionundakı bir neçə aparıcı mobil operatorun brend mahiyyətinin ahəngdar formaya gətirilməsinə yönəlmiş regional təşəbbüsün bir hissəsidir.
"TeliaSonera Avrasiya"nın beş şirkəti - "Kcell" (Qazaxıstan), "Geocell" (Gürcüstan), "Ncell" (Nepal), "Tcell" (Tacikistan) və "Moldcell" (Moldova) yeni regional dizayn və ümumi dəyərlərə uyğun olaraq brendlərini yeniləmişlər.
"Azercell"in prezidenti Əli Ağan Avrasiyada yerli səviyyədə özünəməxsusluğu ilə seçilən aparıcı mobil operatorlar qrupunun bir hissəsi olmaqla, güclənən "Azercell"in yenilənmiş brendini təqdim etməkdən son dərəcə məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, təxminən 14 ildir "Azercell" ölkəyə ən son texnologiyaları, nou-haunu və qlobal səviyyədə tanınmış istehsalçılardan ən müasir avadanlığı gətirir. "Azercell"in yeni brendinin təsviri korporativ dəyərlərimizi və Azərbaycana xidmətimizin davam etdirilməsinə sadiqliyimizi əks etdirir. Yeni çəkilmiş loqo tünd bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır. Daşın yeni brendin rəmzi kimi seçilməsi Azərbaycanın yerləşdiyi Avrasiya regionundakı ölkələrin relyefi və irsindən irəli gəlir. Daş möhkəm yerli kökləri, fəaliyyətin uzun tarixini və "Azercell"in Azərbaycanda şəbəkə və xidmətlərinin etibarlılığını əks etdirir. Daş üzərində ağ xətlər bağlantı və "Azercell"in xidməti sayəsində bütün nəsil azərbaycanlılar arasında əlaqəni tərənnüm edir. Mən ölkədə şirkətlər, xüsusən də telekommunikasiya sənayesi üçün yaradılmış münbit biznes mühitinə və geniş dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm.
"TeliaSonera Avrasiya"nın prezidenti Tero Kivisaari yeni brendin təqdimatı münasibətilə "Azercell"in kollektivini təbrik etmiş və bildirmişdir ki, bu şirkətin uğurları daim artan əməkdaşlıq və telekommunikasiya sahəsində yüzillik tarixi və təcrübəsi ilə seçilən "TeliaSonera"nın birmənalı dəstəyi ilə bundan sonra da möhkəmlənəcəkdir. 38 müştəriyə xidmət və "Azercell Express" ofisləri, o cümlədən minlərlə satış nöqtəsi bir gecədə görünüşünü dəyişərək mayın 15-i müştərilərini yeni bənövşəyi dizayn ilə qarşılamışdır. Bundan əlavə, "Azercell"in "TeliaSonera Avrasiya" ailəsinə mənsub olmağı müştərilərə "TeliaSonera"nın fəaliyyət göstərdiyi ölkələrdə daha aşağı rouminq tariflərindən yararlanmaq imkanı yaradır.
"TeliaSonera Avrasiya"nın vitse-prezidenti və Qafqaz regionu üzrə rəhbər Halim Atəş demişdir ki, "Azercell" artıq Azərbaycanın ən uzaq bölgələrində yaşayan və telekommunikasiyaya heç vaxt çıxışı olmayan insanlara bu xidmətləri göstərməyə başlamışdır. 2G şəbəkəmiz Azərbaycan əhalisinin 100 faizdən bir qədər az qismini əhatə edir və biz müvafiq lisenziyanı aldıqdan dərhal sonra 3G xidmətlərini göstərməyə tam hazırıq. Yeni texnologiyalar, xüsusilə 3G-nin tətbiqi Azərbaycanda telekommunikasiyanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. "TeliaSonera" 2009-cu ilin dekabrında İsveç və Norveçin paytaxtları, Stokholm və Osloda kommersiya xarakterli 4G xidmətləri tətbiq edən dünyanın ilk operatoru olmuşdur. "TeliaSonera"nın dəstəyi ilə "Azercell" 3G ilə Azərbaycanın gələcək rifahına sərmayə yatırmağı davam etdirməyə hazırdır.
Təqdimatdan sonra "Azercell"in "Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir" mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Müsabiqədə ümumi hesabla 75 iştirakçı qeydə alınmış və daşın Azərbaycan mədəniyyəti və tarixindəki rolu haqqında 60-dan çox məqalə dərc olunmuşdur. Qaliblər "Azercell"in qiymətli hədiyyələrinə layiq görülmüşlər.
Sonda "Azercell Express"in Bəsti Bağırova küçəsində yerləşən ofisinin yeni görünüşü ilə tanışlıq olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında