Kristos Pirqurides: "Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya və digər qanunlarla deyil, həm də milli-dini dəyərlərlə qorunur"

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri Kristos Pirqurides ilə görüşmüşdür.
Görüşdə H.Orucov vətəndaşların dini azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı Azərbaycanın sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutduğunu bildirmişdir.
Komitə sədri vurğulamışdır ki, ölkəmizdə həmişə bütün dinlərə hörmətlə yanaşılmış, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır. Bu qədim və humanist ənənənin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd edən H.Orucov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti bu gün uğurla davam etdirir.
Bir qədər əvvəl ölkəmizdə Ramazan bayramının yüksək səviyyədə qeyd olunduğunu K.Pirquridesin diqqətinə çatdıran komitə sədri demişdir ki, müsəlmanların bu gözəl bayramı hər il ölkəmizin digər din mənsubları tərəfindən də bayram kimi qarşılanır. Pasxa, Milad, Roş ha Şana və digər din mənsublarının bayramlarında əhalisinin 86 faizi müsəlman olan Azərbaycanda olsanız elə bilərsiniz ki, bu, elə müsəlmanların bayramıdır.
K.Pirqurides isə vurğulamışdır ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkəyə səfər etmək xoşdur.
Azərbaycanda vicdan azadlığının və tolerantlığın yalnız Konstitusiya və digər qanunlarla deyil, həm də milli-dini dəyərlərlə qorunduğunu qeyd edən AŞPA-nın rəsmisi ölkəmizə ilk dəfə beş il əvvəl gəldiyini demiş, burada şahidi olduğu sosial-iqtisadi inkişafdan məftunluğunu ifadə etmişdir. Ermənistanın işğalçı mövqeyinin ən ağır ittihamçılarından olduğunu bildirən K.Pirqurides vurğulamışdır ki, düşmən qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır.
Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər də müzakirə olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında