Bakıda iri yeraltı avtodayanacaq inşa olunur

Bakı şəhərinin "Azadlıq" meydanında yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb.
"APA-ECONOMICS"-in məlumatına görə, iki mərtəbədən ibarət olacaq dayanacağın hər mərtəbəsində 1 300 olmaqla ümumilikdə 2 600 nəqliyyat vasitəsi yerləşəcək. Hər mərtəbənin sahəsi 32,5 min kv. metr, dayanacağın ümumi sahəsi isə 65 min kv. metr təşkil edəcək.
Dayanacağa giriş-çıxış üçün 2 avtomobil və 2 piyada keçidləri tikiləcək. Hökumət evinin hər iki tərəfindən Azadlıq prospektinə çıxacaq.
"Azadlıq" meydanı bayram, mərasim və hərbi paradların keçirilmə yeri olduğuna görə, meydanın möhkəmləndirilməsi də nəzərdə tutulur ki, ərazi böyük insan kütləsinin, eləcə də hərbi parad zamanı ağır hərbi texnikanın ağırlığına davam gətirsin.
Qeyd edək ki, "Azadlıq" meydanı ətrafında yeni metro stansiyasının tikintisi də nəzərdə tutulmuşdur.
"Yeni metro stansiyası "Azadlıq" meydanından bir qədər kənarda - Dəniz Limanına yaxın bir yerdə inşa olunacaq və yeraltı avtomobil dayanacağının tikintisi stansiyanın inşasına heç bir maneə törətməyəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında