Saatlıda Sarısu gölünün uçmuş bəndinin bərpası ilə bağlı tədbirlər davam etdirilir

Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində mayın 13-də Saatlı rayonu ərazisindəki Sarısu gölündə uçmuş bəndin bərpası işləri davam etdirilir. Gölün ətrafında Saatlının Kamallı, Hacıqasımlı, Nərimanov, Musalı kəndləri yerləşir. Bu kəndlərdə 6 minə yaxın əhali yaşayır. Kəndlərin əhalisinin köçürülməsinə heç bir ehtiyac yoxdur, çünki bəndbərkitmə işləri çox sürətlə aparılır.
Sarısu gölünün bəndinin bərpası üçün Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, "Meliorasiya və Su Təsərüffatı" Açıq Səhmdar Cəmiyyətinin, eləcə də rayonun idarə və müəssisələrinin qüvvələri səfərbər edilmiş, əraziyə yüzə yaxın texnika cəlb olunmuşdur. Rayon sakinlərindən min nəfərə yaxın könüllü də köməyə gəlmişdir. Həmin ərazidə 30 metrə yaxın bənd uçmuşdur. Bəndin bərpası işləri başa çatmaq üzrədir. Bəndin bərpası başa çatdıqdan sonra bu ərazidə təhlükə tam sovuşacaqdır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir ki, Kür boyunca monitorinq aparılır. Bundan məqsəd təbii fəlakətlərlə əlaqədar xüsusi dövlət proqramının hazırlanması üçün vəzifələri müəyyənləşdirməkdir. Müvafiq qurumlar təkliflər hazırlayacaq və hökumətə təqdim edəcəklər. Potensial təhlükə altında olan kəndlər müəyyənləşdiriləcək, onların əhali ilə razılaşdırılaraq daha etibarlı yerlərə köçürülməsi məsələsi nəzərdən keçiriləcəkdir. Bütün bu işlər dövlətin ciddi nəzarəti altında aparılacaqdır.
Əhali Kür boyunca təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirir, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında