Slovakiyanın Moskvadakı səfirliyi Dağlıq Qarabağa "müstəqilliyinin" 20 illiyi münasibətilə göndərilmiş təbrik barədə informasiyanı təkzib etmişdir

Sentyabrın 5-də Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa "müstəqiliyinin" 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunuş informasiyanı təkzib etmişdir. 
Slovakiyanın Moskvadakı səfirliyinin təkzibində deyilir ki, təbrik onların öz təşəbbüsüdür, KİV-lərdə dərc olunmuş informasiyada göstərilən vəzifələri - "Slovakiya hökumətinin Baş naziri və Milli Məclisin sədri" vəzifələri isə həqiqətə uyğun deyildir. Təkzibdə deyilir: "Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar. Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında