Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort sentyabrın 5-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
O.Əsədov Filipp Lefortu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Xüsusi nümayəndənin Cənubi Qafqaz ölkələrinə yaxından bələd olan siyasətçi kimi bu bölgədə mövcud olan problemlərin həllində, eləcə də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağına ümidvar olduğunu bildirmişdir.
Milli Məclisin sədri Azərbaycanın Avropanın demokratik institutları ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamış, Avronest Parlament Assambleyasının yaradılmasını yüksək qiymətləndirmiş, bu təşkilat çərçivəsində münasibətlərimizin daha da genişlənəcəyinə inandığını bildirmişdir. O.Əsədov Avropa Parlamentinin ötən il Cənubi Qafqaz ölkələrindəki vəziyyətə dair qətnaməsində Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünü tanıması ilə bağlı müddəaların Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulamışdır.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın hərtərəfli inkişafından razılıqla danışmışdır. Xüsusi nümayəndə, fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına, münasibətlərimizin daha da dərinləşməsinə çalışacağını bildirmişdir.
Sonra görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında