Gələn həftə Bakıda toxumçuluq sənayesi ilə bağlı simpozium keçiriləcək

Xəbər verildiyi kimi, Türkiyənin Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və sairə), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və sairə) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 24 firma təmsilçiləri bu il sentyabrın 4-8-i arasında Azərbaycana rəsmi səfərə gələcəklər.
TSÜAB-ın baş katibi Tayfur Çağlayan səfər zamanı Azərbaycanda toxumçuluq sahəsində fəaliyyət göstərən şirkətlərlə sentyabrın 5-də, saat 10:00-da Bakıdakı "Grand Hotel Europe"da (Avropa Oteli) simpoziyum və ikitərəfli görüşlər də keçiriləcəyini deyib.
Onun sözlərinə görə, bir qədər əvvəl özünün rəhbərliyi ilə qurumun nümayəndələri Azərbaycanda səfərdə olarkən Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq qurumların rəsmiləri ilə görüşüb müzakirələr aparıblar. TSÜAB-in məqsəd və vəzifələrindən danışan T.Çağlayan görüşləri zamanı türkiyəli mütəxəssislərin kəşf etdiyi toxumların rəsmən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tanınmasını istədiklərini də dilə gətirdi: "Bizim bu qurumu yaratmaqda məqsədimiz Türkiyədə toxumçuluq ənənələrinin yaşadılması, inkişaf etdirilməsi, alimlərimizin istehsalçılarla birgə əldə etdikləri uğurları dünyada yaymaq, Türkiyə toxumçuluq firmalarının ticarət əlaqələrini genişləndirməkdir.
Biz ilk olaraq Qafqaz, Avrasiya, Ortadoğu, Orta Asiya ölkələrində fəaliyyət göstərən ticarət şəbəkələri ilə Türkiyə toxumçuluq firmalarının iş birliyinin qurulmasına çalışırıq. Bizim üçün doğma olan qardaş Azərbaycanda nəzərdə tutulan tədbirdə də yerli və türk firmaları arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini ətraflı müzakirə edəcəyik".
T.Çağlayan TSÜAB-da Türkiyənin toxumçuluqla məşğul olan 500-ə qədər elmi və toxumçuluq firmasının birləşdiyini deyib. O, son 10 ildə Türkiyədə toxum ixracının artdığını, hər il artan idxal prosesinin isə azaldığını bildirib. Qeyd edək ki, sentyabrın 5-də saat 10:00-da Bakıdakı "Grand Hotel Europe"da (Avropa Oteli) keçiriləcək simpozium və ikitərəfli görüşlərdə iştirak sərbəstdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında