Klaudio QUCEROTTİ: "Azərbaycandakı dini dözümlülük mühiti bütün dünyaya nümunədir"

Sentyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerotti ilə görüşmüşdür.  
QMİ-dən bildirmişlər ki, görüşdə şeyxülislam Azərbaycan ilə Vatikan arasında əlaqələrin səviyyəsindən razılığını ifadə etmişdir. Bu münasibətlərin inkişafında K.Qucerottinin xidmətlərini yüksək qiymətləndirən A.Paşazadə qonağa qədim İçərişəhərin təsviri olan rəsm əsəri təqdim etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Vatikanın nunsisi fəaliyyəti dövründə ona göstərilmiş diqqət və qayğıya görə şeyxülislama minnətdarlığını bildirmişdir. Nüfuzlu din xadimi kimi A.Paşazadənin Cənubi Qafqaz regionunda və bütün dünyada sülhün qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirən K.Qucerotti şeyxülislamın Azərbaycanda tolerantlığın daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulamışdır.
Görüşdən sonra Təzəpir məscidini ziyarət edən K.Qucerotti Azərbaycandan xoş təəssüratlarla ayrıldığını bildirmiş və ölkəmizdəki dini dözümlülük mühitinin bütün dünyaya nümunə olduğunu qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında