Şəkər bayramı keçirilmişdir

İmişli şəkər zavodu şəkər çuğunduru əkinlərinə olan marağı artırmaq məqsədilə şəkər bayramı keçirmişdir. Ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki abidəsi ziyarət olunduqdan sonra qurban kəsilərək, yüksək məhsuldarlıq əldə edən 379 mülkiyyətçinin hər birinə 50-100 kiloqram olmaqla ümumilikdə 20 ton şəkər tozu hədiyyə olunmuşdur.
Tədbirdə çıxış edən mülkiyyətçilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Qeyd etmək lazımdır ki, zavod tərəfindən şəkər çuğundurunun qəbul qiymətləri artırılaraq tonu 48 manata qaldırılmışdır. Nəticədə mülkiyyətçilər hər hektardan 1300-2000 manat arasında təmiz gəlir əldə edirlər. Bu da bu sahəyə olan marağı artırmaqdadır.
2011-ci ildə 3000 nəfərə qədər torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanmış və 5500 hektar ərazidə şəkər çuğunduru əkilmişdir. Bu sahələrdən 850 hektarı cəbhə xəttində yerləşir. Bu da düşmənlə təmas xəttində yaşayan insanların məşğulluğuna şərait yaradır. Zavod şəkər istehsalı üçün tələb olunan xammal ehtiyatlarını daxili imkanlar hesabına artırmaq məqsədilə tədbirləri bundan sonra da davam etdirəcəkdir.

{nl}

Ə.BƏDƏLOV, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında