Azərbaycan Diplomatik Akademiyası Afrika diplomatları üçün Xəzər dənizi hövzəsi ölkələri haqqında kurslar keçirir

Azərbaycan Diplomatik Akademiyası (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə üçüncü təliminə başlamışdır.
ADA-dan bildirmişlər ki, Cənubi Amerika və Asiya ölkələrinin diplomatları üçün keçirilən treninqdən sonra, sentyabrın 1-dən Afrikanın yüksək rütbəli diplomatları təlimlərə cəlb olunmuşlar.
Təlimin ilk günündə ADA-nın Xarici siyasət Proqramının direktoru Aygün Hacıyeva qonaqlara akademiyanın yaradılması zərurəti haqqında məlumat verərək qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycana çoxlu sayda professional mütəxəssislər tələb olunur. Buna görə də ADA yerli diplomatlarla yanaşı, dövlət və özəl sektorlarında çalışacaq peşəkarları hazırlayır.
Ongünlük təlimə Cənubi Afrika Respublikası, Nigeriya, Uqanda, Zimbabve, Namibia, Qambia və Madaqaskardan 14 diplomat qatılmışdır.
Xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyəcəklər. Onların qarşısında ADA ilə yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri mühazirələr oxuyacaqlar.
Eyni zamanda, xarici diplomatlar üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xüsusi təqdimat da keçiriləcək, onlar Azərbaycanın Xarici İşlər Nazirliyi ilə tanış olacaqlar.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya, Qobustana səfər edəcək, Bibiheybət məscidini, Səngəçal terminalını və bir sıra muzeyləri ziyarət edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında